Aqrar Kredit və İnkişaf Agentliyi açıq tender elan edir.

Tender elanı "Mətbuatda elan, bildiriş və reklamların verilməsi; Reklam məqsədilə təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanması və yayılması; Məlumatlandırıcı videoçarxların çəkilməsi işlərinin satın alınması” ilə bağlıdır.

Tenderdə iştirak haqqı 250  manatdır. Müsabiqə fevral ayının 20-də başlayır.Tələb olunan sənədlər martın 13-dək, təkliflər isə martın 28-dək təqdim edilməlidir. Zərflər mart ayının 29-da açılacaq.

Satınalan təşkilatın VÖEN-i: 1700428481

Satınalan təşkilatın ünvanı: AZ1108, Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi.

Çatdırılma yeri: AZ 1075, Bakı şəhəri, Ziya Bünyadov pr. 1965, “Çinar park” Biznes Mərkəzi

Çatdırılma müddəti: 30.12.2023-cü il

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

1

Bölgələrdə fermerlərlə görüşlərin təşkili və mediada işıqlandırılması

Fermerlərin maarifləndirilməsi üçün əkin mövsümləri üzrə - yazlıq, təkrar və payızlıq əkinlər zamanı rayonlarda fermerlərlə görüşlərin təşkili və KİV-də işıqlandırılması; Seçilmiş bölgələr üzrə görüşlərin təşklili zamanı dəstəkverici xidmətlərin görülməsi ( foto çəkiliş, səs avadanlıqları, proyektor və s.)

24

ədəd

2

TV verilişin hazırlanması və yayımı

Televiziya kanallarında verilişlərin yayımlanması və efirə verilməsi: Verilişin formatının təyin edilməsi; Ssenarinin yazılması; Mövzuların və qonaqların müəyyən edilməsi, çəkilişin aparılması. Ayda ən az 4 verilişin hazırlanması, televiziya kanalında yayımı (Hər 1 veriliş 1 dəfə təkrar efirə verilməklə)

80

ədəd

3

Sosial media marketinq fəaliyyəti

Sosial media hesabları üçün aqrar mövzuda kontentlərin, post dizaynların hazırlanması və yayımı, (reklam xərcləri daxil)

150

ədəd

4

Təbliğat xarakterli video materialların hazırlanması

Aqrar sahədə dövlət siyasəti, subsidiya, kredit, xidmət və digər mövzularla bağlı yüksək keyfiyyətli və peşəkar videoçəkiliş, montaj və səsləndirmə ilə xəbər, süjet, reportajların hazırlanması və telekanallarda yayımının təmin edilməsi.

150

ədəd

5

Maarifləndirici foto xidməti

Aqrar sahənin müxtəlif istiqamətlərinə dair maarifləndirici xarakterli fotosessiyaların təşkili, foto arxivin formalaşdırılması

30

ədəd