ABŞ-ın texnologiya nəhənglərindən olan "Apple"ın gəliri illik bazda 1 faiz azalıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, "Apple" aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb. 

Belə ki, üçüncü rüb olaraq qəbul edilən və iyulun 1-də başa çatan rüblük balans hesabatında "Apple"ın gəliri keçən ilin eyni dövrünə görə 1 faiz azalaraq 81,8 milyard dollar olub. Şirkətin keçən ilin eyni dövründə gəliri təxminən 83 milyard dollar təşkil edib.

Eyni dövrdə "iPad" satışları 20 faiz azalaraq 5,8 milyard dollara, "Mac" satışları isə 7 faiz azalaraq 6,8 milyard dollara düşüb.

Gülşən Şərif