"Apple" "Scary Fast" təqdimatında yeni nəsil prosessor və kompüterlərini təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Şirkət yeni "M3" prosessorlarını, "MacBook Pro" və "iMac" kompüterlərini təqdim edib.

"Apple", onların performansının "M2" ilə müqayisədə 15-30% artdığını vurğulayıb. Modellərdə 128 giqabayta qədər RAM və SSD-də 8 terabata qədər daxili yaddaş var. Şirkət yeni "M3" noutbuklarının əvvəlki "Intel" əsaslı "MacBook Pro"lardan təxminən 11 dəfə sürətli olduğunu vurğulayıb.

Yenilənmiş 14 düymlük "MacBook Pro"nun qiyməti 1599 dollardan, 16 düymlük modeli 2499 dollardan başlayır. Yeni "iMac" minimum 1299 dollar qiymətləndirilib. Satışlar noyabrın 7-də başlayacaq.

 

Gözəl Həşimova