İqtisadiyyat.az bu barədə "Axios" portalına istinadən xəbər verir.
Mütəxəssislər bildiriblər ki, şirkətin süni intellekt yarışında geri qalması investorları qorxuda bilər.
Xatırladaq ki, iyunun 9-dan 13-dək keçirilən Ümumdünya Tərtibatçılar Konfransında (WWDC) Apple şirkəti əməliyyat sistemində yenilikləri təqdim edib. Şirkət, süni intellekt sahəsində "Apple Intelligence" funksiyasının bir sıra təkmilləşdirmələri ilə məhdudlaşıb. Belə ki, mətni və ya nitqi bir dildən digər dilə real vaxt rejimində tərcümə etməyə imkan verən tərcümə funksiyaları kimi bir çox yeniliklər çoxdan "Google ", "Samsung " və "Microsoft " cihazlarında mövcuddur.
Gözəl Azadəliyeva