Apple 2025-ci ilə qədər satış üçün çərçivəsiz smartfonun hazırlanmasına başlayıb.
İqtisadiyyat.az bu barədə Koreyanın “The Elec” nəşrinə istinadən məlumat yayıb.
Amerika şirkəti OLED displeylərin əsas tədarükçüsü olan Samsung və LG Display-dən yeni növ ön panellərin istehsalını sifariş edib. Korporasiyaya hazırkı iPhone-un dizaynına mümkün qədər yaxın displeylər lazımdır.
“Samsung” və “LG Display” hazırda yeni nəsil OLED displeylər istehsal edir, çərçivələrin görünməməsi üçün ekranın yan tərəflərdə bir qədər yuvarlaqlaşdırılması ilə nail olunur. Apple optik təhrifdən və ön panellərin nisbətən qısa ömür sürməsindən qorxduqları üçün bu tip displeylərdən istifadənin əleyhinə olduğunu bildirib.
İnsayderlərin fikrincə, ilk çərçivəsiz Apple smartfonu 2025-ci ildə peyda ola bilər. Çox güman ki, onlar iPhone 17 Pro və 17 Pro Max olacaq. Həmçinin bu cihazlar ön panelin altında gizlənmiş Face ID biometrik sensorundan istifadə edəcək.
Qeyd edək ki, bundan əvvəl insayderlər bildirmişdilər ki, 2024-cü ildə Apple-ın flaqman smartfonları yeni nəsil kameralarla təchiz olunacaq.