Çin və ABŞ arasındakı gərginlik "Apple" məhsullarının bahalaşmasına səbəb olacaq.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ-nin Çinin texnoloji inkişafını məhdudlaşdırmaq cəhdləri və nəticədə iki ölkə arasındakı gərgin münasibətlər texnologiya nəhənglərinə təsir edir.

Bu fonda ABŞ-nin texnologiya nəhənglərindən olan "Apple" istehsalını Çindən digər Asiya ölkələrinə keçirtməyə məcbur olur. İstehsalın Çindən başqa ölkələrə ötürülməsi xərcləri artırır və bu da öz növbəsində qiymətlərin artmasına səbəb ola bilər.

Əlavə edək ki, şirkət son illərdə istehsal etdiyi məhsulun bir hissəsini Çindən digər Asiya ölkələrinə, əsasən də Hindistan və Vyetnama köçürmək üçün səylər göstəririb.

 

Gözəl Həşimova