ABŞ-ın “Apple” şirkəti koronavirusun (COVİD 19) yayılmasına görə, Çindən kənarda olan bütün mağazalarını martın 27-dək bağlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin CEO-su Tim Kuk məlumat verib.

Onun sözlərinə görə, şirkət koronavirusun araşdırılması üçün 15 milyon ABŞ dolları ayıracaq.