İqtisadiyyat.az bu barədə "The Wall Street Journal"a istinadən xəbər verir.
Şirkət qiymət artımını cihazların yeni xüsusiyyətləri və dizaynındakı dəyişikliklərlə izah edəcək.
Əlavə edək ki, texnoloji cəhətdən inkişaf etmiş və bahalı "iPhone" modellərinin əksəriyyəti - "Pro" və "Pro Max" Çində istehsal olunmağa davam edir. Hindistan müəssisələrinin imkanları bu cihazların kütləvi istehsalı üçün kifayət etmir.
Mənbələr bildiriblər ki, "Apple" çətin ki, tariflərin təsirini yalnız tədarük zəncirinə qənaət vasitəsilə kompensasiya edə bilsin, yəni qiymətləri qaldırmasa, şirkətin mənfəət marjası azalacaq.
Qeyd edək ki, ABŞ və Çin 90 gün ərzində tarifləri qarşılıqlı şəkildə azaltmaq barədə razılığa gəliblər. Tramp smartfon və bəzi elektronika tədarükünü 125%-lik tariflərdən azad edib.
Gözəl Azadəliyeva