Amerikanın “Apple” korporasiyası 2025-ci ilin əvvəlində buraxılacaq “iPhone 16” smartfonlarını əsasən Hindistan istehsalı olan akkumulyatorlarla təchiz etmək niyyətindədir.

Bu barədə İqtisadiyyat.az “Financial Times”a istinadən xəbər verir.

Məlumata görə, bu qərar dünyanın ən dəyərli şirkətinin ABŞ-Çin münasibətlərindəki gərginlik şəraitində istehsalı şaxələndirmək və Çindən asılılığı azaltmaq strategiyası ilə bağlıdır.

 

Gözəl Həşimova