"Apple" yeni "iPhone"u sentyabrın 13-də təqdim edəcək.

Tanınmış insayder "LeaksApplePro" tədbirin 2020-ci ildən bəri ilk dəfə ənənəvi formatda keçiriləcəyini bildirib.  

"LeaksApplePro"nun məlumatına görə, "iPhone 14"ün qiyməti 799 dollardan, "iPhone 14 Max"ın qiyməti 899 dollardan, "iPhone 14 Pro"nun qiyməti 1099 dollardan, "iPhone 14 Pro Max"ın qiyməti 1199 dollardan başlayacaq. Bundan əlavə, Amerika korporasiyası ikinci nəsil "AirPods Pro" qulaqlıqlarının buraxılmasını elan edə bilər.