Amerikanın “Apple” şirkəti çip çatışmazlığı səbəbindən istehsalın azalması ilə bağlı xəbərlər fonunda iPhone 13 smartfonuna tələbin azalması ilə üzləşib.

Bu barədə cümə axşamı Bloomberg məlumat yayıb.
Məlumata görə,agentliyin mənbələrinə görə, tələbin azalması bir sıra istifadəçilərin məhdud miqdarda bazarda olan məhsulu almaq cəhdlərindən əl çəkməsi ilə bağlı ola bilər. Agentliyin məlumatına görə, şirkət tələbatın azalması barədə tədarükçülərinə məlumat verib.

Bildirilir ki,oktyabr ayında agentlik Apple-ın planlaşdırıldığından 10 milyon az smartfon göndərə biləcəyini açıqlamışdı. Noyabr ayında korporasiya iPhone 13 istehsalı üçün daha çox çipdən istifadə etmək üçün istehsal etdiyi iPad-lərin sayını kəskin şəkildə azaldıb.

Şirkət sentyabrın 14-də iPhone 13, iPhone 13 mini, iPhone 13 Pro və iPhone 13 Pro Max smartfonlarını təqdim etdi. Smartfonlar Apple şirkətinin A15 nanometr çipi ilə işləyir.