İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum balans hesabatını açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəliri bu dövrdə 4 faiz artaraq 124,3 milyard dollara çatıb. Ötən ilin eyni dövründə "Apple" 119,6 milyard dollar gəlir əldə edib.

Həmin dövrdə şirkətin xalis mənfəəti 7 faiz artaraq 36,3 milyard dollar olub. 2023-cü ilin eyni dövründə şirkət 33,9 milyard dollar xalis mənfəət əldə etdiyini bildirib.

"Apple"ın səhm üzrə qazancı isə 2,18 dollardan 2,40 dollara yüksəlib. Bu dövrdə şirkətin gəliri və xalis mənfəəti bazar gözləntilərini üstələyib.

Hesabat dövründə "Apple"ın "iPhone" satışları azalıb, "Mac" və "iPad" satışları artıb.

 

Gözəl Həşimova