İqtisadiyyat.Az xəbər verir ki, ötən ildən fəaliyyətini dayandırmış agentlik bu gündən fəaliyyətə başlayıb. Saytın dizaynında azca dəyişiklik edən Apa.az 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyətini bu gündən bərpa edib.

Qeyd edək ki, holdinqə daxil olan saytların fəaliyyəti ötən il avqustun 1-də dayandırılmışdı. Bunun nəticəsində isə, Apa.az, Lent.az, Vesti.az, Apasport.az, APA TV saytlarına giriş məhdudlaşmışdı.

Bundan öncə isə, “APA Hodinq”in rəhbəri Vüsalə Mahirqızının rəhbərliyi ilə Onlayn Xəbər Agentliyi (Online News Agency - ONA) adlı yeni xəbər agentliyi fəaliyyətə başlamışdı.Daha sonra isə Lent.az, Kulis.az, və Vesti.az fəaliyyətini bərpa etmişdi.

Agentliyinin fəaliyyətini yenidən bərpa etməsinə görə, həmkarlarımızı və bütün media cameəsini təbrik edirik.