"Azərbaycana təşəkkür edirik ki, bizə müzakirələr üçün bu cür platforma təqdim edir. Azərbaycanda bizə yüksək qonaqpərvərlik nümayiş etdirlir".
İqtisadiyyat.az xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının (APA) Baş katibi Mohammad Reza Majidi Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zaman deyib.
O, sessiyanın lazım olan nəticələrə nail ola biləcəyinə ümid etdiyini söyləyib: “Azərbaycan 2024-cü ildə sədrliyi üzərinə götürdü, güclü əməkdaşlıq nümayiş etdirdi və öz öhdəliklərini uğurla yerinə yetirdi. Biz proqramlarımızı vaxtında və uğurla icra edə bilmişik. Biz əlimizdən gələni etməliyik ki, parlament diplomatiyasını gücləndirək”.