BMT-nin baş katibi Antoniu Quterreş Türkiyəyə başsağlığı verib.

Baş katib zəlzələ nəticəsində insan tələfatının olmasından dərin kədər hissi keçirdiyini deyib.

"Bu gün səhər saatlarında Türkiyənin cənubunda və Suriyanın şimalında baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı xəbərini eşidəndə çox kədərləndim. Xilasetmə işləri davam etdiyi üçün ölənlərin sayı artmaqda davam edir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram. BMT-nin bölgədəki missiyası ehtiyacları qiymətləndirir və yardım göstərir", - baş katib bildirib.