Peyk görüntülərində 1550 kvadrat kilometrlik aysberqin Antarktidadakı Brunt buz şelfindən ayrılması əks olunub.

Britaniya Antarktika Tədqiqatı (BAS) Arktika və Antarktidanın bəzi hissələrində dəniz buzlarının itkisindəki artımı sürətləndirəcək sözügedən qırılmanın iqlim dəyişikliyinə görə deyil, buz parçalanması kimi tanınan təbii bir prosesə bağlı olduğunu açıqlayıb.

Qeyd edək ki, 10 il əvvəl alimlər 150 metr qalınlığında olan Brunt Buz Şelfindən ayrılan 1550 kilometr uzunluğundakı buz kütləsində böyük çatlar aşkar ediblər.

1270 kvadrat kilometrlik oxşar kütlə bir il əvvəl materikdən ayrılmışdı.