Antalyanın Kəmər rayonunda tuneldə 14 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzası nəticəsində nəqliyyatın hərəkəti dayanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Məlumata görə, Kəmərdən Antalya istiqamətində gedən yoldakı Orhan Büyükalp Tunelində naməlum səbəbdən qəza baş verib.

Hadisə yerinə 112 Təcili Tibbi Yardım, polis, jandarma və xilasetmə qrupları sövq edilib.

14 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsində 1 nəfər xəsarət alıb, avtomobillərə maddi ziyan dəyib.

Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.