Bakı metrosunun Xırdalan şəhərinə qədər olan istiqamətində metro xəttinin inşası nəzərdə tutulmur.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq Xocəsən stansiyası istifadəyə verilib: "Bu stansiya Xırdalan şəhərinə və digər şəhər ətrafı ərazilərə yaxındır. Düşünürük ki bu da nəzərə alınmalıdır ki, Xırdalan şəhərinin içərisində metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur”.