"Gənclərimizin xaricə gedib elmi tədqiqatlarda iştirak etmələri üçün qrant ayrılmalıdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev deyib.

Onun sözlərinə görə, alimlərə elə vəsait ayrılmalıdır ki, onlar sadəcə elmi tədqiqatlara yönəlsinlər: "Onu da qeyd edim ki, dünyanın nüfuzlu elmi jurnallarında məqalə çap etdirmək çox çətindir. Məsələn, bizim iki il əvvəl bir məqaləmiz var idi. Göndərdik ki, çap etsinlər. Bütün instansiyalardan keçsə də, sonda 1400 İsveçrə frankı pul istədilər. Biz də başqa yerdə dərc etdirdik".