AMEA-nın Gəncə Bölməsinin Köməkçi heyətin elmi katibi vəzifəsinə təyinat olub.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Bölmənin Rəyasət Heyətinin genişləndirimiş iclasında qərar qəbul edilib.

Qərara əsasən, Gəncə Bölməsi Köməkçi heyətin elmi katibi vəzifəsinin icrası Günay Cəfərovaya tapşırılıb və o, kollektivə təqdim olunub.

Günay Cəfərova daha əvvəl Humanitar Tədqiqatlar İnstitutunda çalışıb.