Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordon ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov “X” sosial şəbəkəsində paylaşım edib.

“Beynəlxalq Valyuta Fondunun Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordon ilə görüşərək ölkəmizdə makroiqtisadi göstəriciləri və inkişaf perspektivlərini müzakirə etdik.

Görüş zamanı pul siyasəti hədəflərinə nail olunması vəziyyəti, pul siyasətinin transmissiyasının yaxşılaşdırılması və pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi apardıq.

Həmçinin gələcək əməkdaşlıq və texniki yardım istiqamətləri ilə bağlı fikirlərimizi bölüşdük”, - Taleh Kazımov paylaşımda qeyd edib.