Mərkəzi Bank ölkənin aparıcı ödəniş təşkilatı "eManat"a müddətsiz elektron pul təşkilatı lisenziyası verib. 

Azərbaycan Repsublikasının Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Qanununa əsasən, Azərbaycan Repsublikasının Mərkəzi Bankının müvafiq tələblərinə uyğun olaraq nağd və nağdsız ödəniş sistemi üzrə ilk Elektron Pul Təşkilatı lisenziyasını ölkənin aparıcı ödəmə sistemi "Modenis MMC" alıb. 

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bank məlumat yayıb.

"Modenis MMC" hazırda kommunal, bank, dövlət, internet və digər ödəniş xidmətlərinin etibarlı və rahat şəkildə həyata keçirilməsini müştərilərə təqdim edir.

Qeyd edək ki, lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq aşağıdakı ödəniş xidmətlərinin həyata keçirilməsi hüququnu verir: 

- ⁠ödəniş əməliyyatının ekvayrinqi; 
- ⁠elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası. 

Xatırladaq ki, “Modenis MMC” (eManat) 2012-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb və 2013-cü ilin martın 5-də eManat brendi ilə Azərbaycan ödəniş bazarına daxil olub.