Azərbaycan Mərkəzi Bankı (AMB) bir sıra şirkətlərdə valyuta pozulma halları aşkarlayıb.

İqtisadiyyat.az xəbər verir ki, AMB "Transline", "Euro Tech", "AZR Business", "Eser Yapı Group", "Bakelektro", "5A Construction", "Kristal Mutfak", "Tutto Bello", "Radius Azərbaycan" şirkətlərinə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokollar baxılması üçün müvafiq olaraq məhkəmələrə göndərilib.

Qeyd olunan şirkətlərin barəsində cərimə protokolu tərtib olunan maddədə deyilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.