Son üç ayda ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” şirkətinin xalis gəliri ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, iki dəfə azalıb.

Bu barədə şirkətin dərc olunan maliyyə hesabatlarında göstərilib.

Ötən rübdə şirkətin xalis mənfəəti cəmi 3,2 milyard ABŞ dolları olduğu halda, 2020-ci ilin eyni dövründə bu rəqəm 6,3 milyard ABŞ dollarına çatmışdı.

Əməliyyat gəlirləri də 6,2 milyard dollardan 4,9 milyard ABŞ dollarına qədər əhəmiyyətli dərəcədə azalıb.