ABŞ-ın e-ticarət nəhəngi Amazon-un Veb Xidmətlər bölməsi (AWS) məlumat mərkəzi əməliyyatlarını genişləndirmək üçün Ohayoda 7,8 milyard dollar sərmayə qoyacağını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, həmçinin, AWS-nin 2015-ci ildən bəri Ohayoda 3500-dən çox tam ştatlı işi dəstəkləmək üçün hər il 6,3 milyard dollar kapital yatırdığı xatırladılıb və beləcə, Amazon-un Ohayo əyalətinin əsas özəl sektor nəhənglərindən biri olduğu vurğulanıb.

Ohayoda məlumat mərkəzi 2030-cu ilə qədər aktivlərini genişləndirmək üçün kapitala 7,8 milyard dollar sərmayə qoyacaq. Beləcə, yerli müəssisələrdə bir çox əlavə iş yerləri dəstəklənəcək.