İqtisadiiyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Oktyabr-dekabr aylarında əməliyyat mənfəəti 13,2 milyard dollardan 21,2 milyard dollara yüksəlib. Şirkətin rüblük gəliri isə 10% artaraq 170 milyard dollardan 187,8 milyard dollara çatıb.

"Amazon"un Şimali Amerikada onlayn satışı 10% artaraq 115,6 milyard dollara çatıb, digər yerlərdə isə gəliri 8% artaraq 43,4 milyard dollara çatıb.

"Amazon"un səhmləri mənfəət hesabatından sonra 4,1% ucuzlaşıb. Şirkətin bazar dəyəri son 12 ayda 40%-dən çox artaraq 2,48 trilyon dollara çatıb.

 

Gözəl Həşimova