Amanos dağlarında PKK terror təşkilatı üzvlərinin istifadə etdiyi köhnə anbar aşkarlanaraq, dağıdılıb.

İqtisadiyyat.az xəbər verir ki, PKK-ya qarşı başladılan "Şəhid Jandarma Astsubay Ferhat Gedik əməliyyatı" çərçivəsində Amanos dağlarında axtarış işləri aparılıb.

Məlumata görə, PKK üzvləri anbardan ötən illərdə istifadə ediblər. Anbara baxış zamanı 60 kiloqram ammonium nitrat gübrəsi, müxtəlif riskli materiallar, elektron lövhə, akkumulyator bloku və kabel tapılıb.

Sübut materialları müsadirə olunduqdan sonra anbar dağıdılıb.