İsveçrənin Alp dağlarında itkin düşən 5 xizəkçinin cəsədi tapılıb.

İqtisadiyyat.az "BBC"ə istinadən xəbər verir ki, qrup İsveçrə-İtaliya sərhədində xizək turu üçün yola düşüb. Daha sonra 6 xizəkçinin 5-dən xəbər alına bilməyib.

Qrup 3706 metr yüksəklikdəki dağın yaxınlığında itdikdən sonra böyük axtarış-xilasetmə əməliyyatına başlanılıb. Alp dağlarında bir neçə gündür güclü küləklər, son 24 saat ərzində isə güclü qar yağıb. Bu isə axtarış əməliyyatını gecikdirsə də, itkin düşən 5 xizəkçinin cəsədi tapılıb.

Xizəkçilərin hamısı İsveçrə vətəndaşıdır və onların yaşları 21 ilə 58 arasında dəyişir.

 

Gözəl Həşimova