Almaniya əhalisinin 79%-i hökumətin işindən narazıdır.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bununla bağlı Almaniyada sorğu aparılıb.

Məlumata görə, sorğuda iştirak edənlərdən cəmi 19%-i hökumətin işindən razı qalıb, 2%-i isə bu məsələyə münasibət bildirməyib. Sorğuya qatılan 1310 nəfər Almaniyanın ən mühüm problemlərindən birincisini iqtisadi zəfilik, digərini isə immiqrasiya hesab edir.

 

Gülşən Şərif