Almanlar Ukraynaya müasir döyüş təyyarələrinin verilməsinə qarşıdırlar.

İqtisadiyyat.az xəbər verir ki, Rtl telekanalının Forsa şirkətinə etdiyi sorğunun nəticələrinə görə, iştirakçıların 64 faizi NATO-nun Ukraynaya belə döyüş təyyarələri verməməli olduğunu bildirib.

Bunu cəmi 28 faiz dəstəklədiyi halda, 8 faiz fikir bildirməyib.

31 mart-4 aprel tarixləri arasında keçirilən və 1008 nəfərin iştirak etdiyi sorğuda 49 faizin Ukraynaya silah yardımının artırılmasının əleyhinə olduğu, 47 faizinin isə yardımı dəstəklədiyi bildirilib.