Almaniyanın sənaye istehsalında mənfi proqnoz iyun ayında da davam edib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu barədə Almaniya Statistika Bürosundan məlumat verilib.

Məlumata görə, sənaye istehsalı iyun ayında  əvvəlki ayla müqayisədə 1,5 faiz azalıb. Emal sənayesi istehsalı 1,3 faiz, tikinti istehsalı isə 2,8 faiz azalıb. 

Sənaye istehsalı illik bazda 1,7 faiz azalıb. İstehlak mallarının istehsalı 1,8 faiz, enerji istehsalı isə 0,6 faiz artıb.