Almaniya hökuməti Rusiyadan bu ölkədəki 4 baş konsulluğunun ilin sonuna qədər bağlanmasını istəyib.

İqtisadiyyat.az bildirir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger məlumat verib.

“Berlində keçirilən mətbuat konfransında Rusiya aprel ayında səfirlik və konsulluqlarda, habelə Rusiyadakı alman məktəblərində çalışanlar da daxil olmaqla, alman personalların sayı 350-ə endirilsin.

Rusiya hökumətinin gərginliyi artıran bir addım atdığını vurğulayan Burger bu əsassız qərarın Almaniya hökumətini Rusiyada bütün sahələrdə əhəmiyyətli ixtisarlara getməyə məcbur etdiyini qeyd edib.

 

"Almaniyanın Rusiyadakı 3 baş konsulluğu noyabrın sonuna kimi bağlanacaq"

 

Yalnız Almaniyanın Moskvadakı səfirliyi və Sankt-Peterburqdakı Baş Konsulluğu xidmətə davam edəcək.

“Bu səbəbdən Almaniyada fəaliyyət göstərən 5 (Rusiya) baş konsulluğundan 4-nün fəaliyyət lisenziyasını geri götürməyə qərar verdik.”