Almaniyanın ixracı may ayında Çinin idxalının zəifləməsi səbəbindən 3,6% azalaraq 131,6 milyard avroya enib. Bazar gözləntisi may ayında ixracın 1,9% azalacağı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) may ayı üçün ölkənin xarici ticarət məlumatlarını açıqlayıb.

Hesabat dövründə ölkənin idxalı 6,6% azalaraq 106,7 milyard avroya enib. Bu dövrdə Almaniyanın xarici ticarət profisiti 24,9 milyard avro olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 632,3 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova