Almaniya Rusiyanı Strateji Silahların Azaldılması Müqaviləsinə (START) qayıtmağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

“Gəlin hamılıqla Putini SHSM-ə qayıtmağa və ABŞ-la müqavilə üzrə dialoqu bərpa etməyə çağıraq. Qəti şəkildə inanıram ki, bu, dünyada hamının maraqlarına uyğundur”, - o deyib.

Nazir qeyd edib ki, son bir ildə Rusiya silahdan istifadə etməklə BMT Nizamnaməsinin və beynəlxalq hüququn ən fundamental prinsiplərini pozur.

“Rusiya hamımızın asılı olduğu silahlara nəzarət arxitekturasını pozur. START-dan çıxış Rusiyanın bizim silahlara nəzarət arxitekturasına və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə vurduğu son zərbə oldu”, - o vurğulayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində ölkəsinin Rusiya ilə ABŞ arasında strateji silahlar sahəsində münasibətləri tənzimləyən Strateji Silahların Azaldılması Müqaviləsində (START) iştirakını dayandırdığını elan edib.