Almaniyada Birinci Qəbul Mərkəzinə aparılan türklər sığınacaq prosesi tamamlanmamış qaçıblar. 

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, son bir ayda Almaniyaya qeyri-qanuni yollarla daxil olan türklərin sayı 10 mini keçib. Bu müddət ərzində sığınacaq tələb edən türklərin bir qisminin alman polisi tərəfindən göndərildiyi Saksoniyadakı Birinci Qəbul Mərkəzindən (Erstaufnahmeeinrichtung) qaçdıqları aşkarlanıb.

Ehtimal olunur ki, sığınacaq prosedurları başa çatmamış yoxa çıxan şəxslər Almaniyada yaşayan  tanışlarının və qohumlarının yanına gediblər. 

Qeyd edək ki, türk qaçaqlar Almaniyaya daha çox Şərqi Avropa və Balkan yolu ilə gəlirlər. Ən böyük keçid məntəqələri isə Polşa və Çexiya sərhədindədir. 

Gülşən Şərif