Almaniyada koronavirusdan ölənlərin sayında kəskin azalma müşahidə edilir.

Bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Məlumata görə, son 24 saatda yalnız 1 nəfər virusun qurbanı olub. Eyni dövr ərzində 159 nəfərdə koronavirus aşkarlanıb.

Beləliklə, Qərbi Avropa ölkəsində indiyədək 198 963 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 9 064 nəfər ölüb, 185 mindən çox pasiyent isə sağalıb.report