Almaniyada hökumətdən razı olanların sayında rekord azalma qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, hər beş nəfərdən yalnız biri özünü məmnun hiss edir. 

Ölkədə keçirilən sorğuya əsasən, əsas müxalifətdə olan Xristian Sosial Birlik Partiyaları (CDU-CSU) 29 faiz, koalisiya hökumətini quran Sosial Demokrat Partiyası 18 faiz, Yaşıllar 15 faiz, Azad Demokrat Partiyası (FDP) isə yüzdə 7 faiz səs toplayıb. Sorğunun nəticələrinə görə, əhalinin 79 faizi federal hökumətin işindən narazıdır.

Anketdə ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) 18 faizlə ölkənin üçüncü ən böyük partiyası olduğu diqqətə çatdırılıb.