Almaniyanın Hamburq vilayətində atışam olub.

İqtisadiyyat.az TASS-a istinadla xəbər verir ki, bu barədə “Hamburger Morgenpost” nəşri məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 21:00 radələrində baş verən insident nəticəsində 31 nəfər vurulub. 7 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

Hadisə Alsterdorf şəhərində baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Nəşrin yazdığına görə, atəş açan cinayətkarlar hadisə yerindən qaça biliblər