Almaniyada 90 minə yaxın ictimai nəqliyyat işçisi etiraza başlayıb.

İqtisadiyyat.az "DPA" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 80 şəhərdə avtobus, tramvay və metronun hərəkəti məhdudlaşdırılıb. Etirazçılar iş şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edirlər.

Bu, həftə ərzində ikinci genişmiqyaslı etirazıdır.

 

Gözəl Həşimova