Almaniyada ötən sutkada 1 251 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 168 551-ə yüksəlib.
Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 103 nəfər artaraq 7 369-a çatıb.
Məlumata görə, ölkədə indiyədək koronavirusdan sağalanların sayı 143mini ötüb.
Ən çox yoluxma halı Bavariyada (44 169) qeydə alınıb. Paytaxt Berlində 6 242nəfərin testi müsbət nəticələnib.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 270 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.