Almaniya gələn il yaşıl enerji texnologiyalarına 57,6 milyard avro sərmayə qoyacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu da sektorda planlaşdırılan xərclərdən 21,6 milyard avro çoxdur. Bildirilib ki, İqlim və Transformasiya Fondundan vəsait bərpa olunan enerji mənbələrinin inkişafına (12,6 milyard avro), elektromobillər üçün infrastrukturun genişləndirilməsinə (4,7 milyard avro), yarımkeçiricilərin istehsalına (4 milyard avro) yönəldiləcək.

 

Gözəl Həşimova