Almaniyada Nazirlər Şurası hər kəsə ikili vətəndaşlığa icazə verən və vətəndaşlığa keçidi asanlaşdıran qanun layihəsini təsdiqləyib.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir .

Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan “Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi” adlı layihə ilə əvvəllər məhdud sayda vətəndaşa şamil edilən ikili vətəndaşlıq hüququ artıq hər kəsə şamil ediləcək.

Eyni zamanda, vətəndaşlığa qəbul üçün tələb olunan “qanuni yaşayış müddəti” 8 ildən 5 ilə endiriləcək. Bundan əlavə, işdə və ya təhsildə uğur qazananlar üçün bu müddət 3 ilə endirilə bilər.

 

Gözəl Həşimova