Almaniyanın müdafiə naziri Boris Pistorius F-16 döyüş təyyarələri olmadığı üçün bu mövzuda mövcud koalisiyaya daxil olmadıqlarını bildirib.

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, Aşağı Saksoniya əyalətinin Aurich şəhərində Sosial Demokrat Partiyasının (SPD) təşkil etdiyi tədbirdə çıxış edən Pistorius, Ukraynaya F-16-ların verilməsi üçün Hollandiya və Danimarkanın liderliyində yaradılan koalisiyaya işarə edərək deyib: 

“Biz koalisiyada deyilik, çünki bizdə F-16 döyüş təyyarələri yoxdur”.

Hollandiya və Danimarka başda olmaqla bəzi ölkələr ABŞ istehsalı F-16 döyüş təyyarələrindən istifadə etmək üçün ukraynalı pilotların hazırlanması ilə bağlı razılığa gəliblər.

Ancaq Almaniya Hərbi Hava Qüvvələrinin ehtiyatında Eurofighter və Tornado döyüş təyyarələri var.