İranın Almaniyadakı bütün baş konsulluqları bağlanacaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Almaniya Xarici İşlər Nazirliyi bu qərarı İran əsilli vətəndaşı 67 yaşlı Cəmşid Şarməhdin edam edilməsinə etiraz olaraq qəbul edib.
Qeyd edək ki, Cəmşid Şarməhd 2020-ci il avqustun 1-də Almaniyadan Hindistana səfəri zamanı üçgünlük Dubayda qalarkən İranın təhlükəsizlik orqanları tərəfindən qaçırılıb.