Almaniya çip sənayesinə təxminən 20 milyard avro (22,15 milyard dollar) sərmayə qoymağı planlaşdırır.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bununla bağlı Almaniyanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, sözügedən vəsait 2024-cü ildən etibarən İqlim və Çevrilmə Fondundan ayrılacaq  və Avropa Komissiyasının təsdiqindən sonra yalnız fərdi layihələrin maliyyələşdirilməsinə sərf ediləcək. 

Bundan başqa, məlumatda Tayvanın çip istehsalçısı "TSMC"nin Almanyada sərmayə qoyuluşundan maraqlı olduğu vurğulanıb. Bİnvestisiya qərarı ilə bağlı Almanya  "TSMC" ilə sıx əlaqədədir.

Gülşən Şərif

İqtisadiyyat.az