Almaniya Baş Prokurorluğu Almaniya vətəndaşını Rusiyaya casusluqda və rəsmi sirləri açıqlamaqda ittiham edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə idarənin açıqlamasında deyilir.

Hərbçi Tomas H. 9 avqust 2023-cü ildə saxlanılıb. O, Federal Silahlar, İnformasiya Texnologiyaları və Tətbiqlər İdarəsində (Almaniya Müdafiə Nazirliyinə tabe olan struktur) işləyib, bu idarə həm də Almaniya Silahlı Qüvvələri üçün hərbi məhsulların satın alınması ilə məşğul olub. O, 2023-cü ilin may ayından etibarən öz təşəbbüsü ilə dəfələrlə Rusiyanın Bonndakı Baş Konsulluğu və Berlindəki Rusiya səfirliyi ilə əlaqə saxlayıb və əməkdaşlıq təklif edib", - bəyanatda iddia edilir.

"Təqsirləndirilən şəxsin xarici kəşfiyyata işlədiyini söyləmək üçün kifayət qədər əsaslar var. Bu baxımdan o, həm də rəsmi sirri yaymaqda ittiham olunur", - prokurorluq qeyd edib. Onlar aydınlaşdırıblar ki, ittihamlar martın 11-də irəli sürülüb. Tomas H. istintaq təcridxanasındadır.