Almaniya ilk dəfə 2024-cü ildə NATO-nun ÜDM-in 2%-i olan müdafiə xərclərinə çatacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb. 

"2024-cü il üçün büdcə layihəsində təhlükəsizlik və müdafiənin vacibliyi vurğulanır. Almaniya ilk dəfə olaraq NATO-nun 2%-lik hədəfinə çatacaq", - məlumatda qeyd edilib.

Eyni zamanda, 2024-cü il üçün müdafiə büdcəsinin təqribən 52 milyard avro olacağı, eyni zamanda, Silahlı Qüvvələrin inkişafı üçün xüsusi fonddan 2024-cü ildə 19,8 milyard avronun Silahlı Qüvvələrin ehtiyacları üçün ayrılacağı bildirilir. Bundesver (Almaniya Silahlı Qüvvələri) bu məbləğin 520 milyon avrosunu Ukraynaya verilən hərbi texnikanın dəyişdirilməsinə sərf edəcək: "NATO-nun 2%-lik hədəfinə 1990-cı illərin əvvəllərindən bəri ilk dəfə nail olunacaq".