"Ukraynaya hərbi yardım üçün ildə 5 milyard avro ayırmaq lazımdır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner Bundestaq deputatlarına müraciəti zamanı deyib.

"Aydındır ki, biz artıq Ukraynaya 22 milyard avro məbləğində yardım göstərmişik", - deyə Lindner bildirib və bura hərbi və humanitar yardımların daxil olduğunu qeyd edib. 

"Növbəti illər üçün mən Bundestaqdakı büdcə qanunvericilərinə hərbi dəstək olaraq plana hər il 5 milyard avro töhfə verməyi təklif etmişəm", - o bildirib.