"İnter”in hücumçusu Xoakin Korrea iki klubun hədəfindədir. Marsel “Olimpik”i oyunçunu istəyir, lakin onun öncə “Betis”lə danışıqlarının yekunlaşmasını gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, hazırda İspaniya klubu 29 yaşlı argentnalının transferi ilə bağlı milanlılarla danışıqlar aparır. Tərəflər razılıq əldə etməsə, Fransa təmsilçisi səhnəyə çıxacaq.

Ötən yay “Latsio”dan 27 milyon avroya alınan hücumçunun “İnter”lə hələ iki illik müqaviləsi var. Lakin əsas heyətdə yer ala bilməyən Korrea getmək istəyir. “Neradzurra” yaxşı təklif alacağı təqdirdə onunla vidalaşmağa hazırdır.

Korrea gedəcəyi halda “İnter” keçmiş hücumçusunu geri qaytaracaq. Marsel klubundan ayrılmaq istəyən Aleksis Sançes 2022-22-ci illərdə çıxış etdiyi komandaya qayıda bilər. “Olimpik”ə Milandan azad agent kimi gedən 34 yaşlı çilili ilkin razılığını verib.