Albaniyada Azərbaycan həftəsi keçiriləcək.

Bu barədə İqtisadiyyat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin rəsmi nümayəndə heyəti Albaniyanın Tirana şəhərinə yola düşür.

Mədəniyyət həftəsi çərçivəsində Azərbaycanın zəngin mədəniyyəti və incəsənətinin inciləri Albaniya ictimaiyyətinə təqdim olunacaq, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi, qala-konsert, “Natiq” ritm qrupu və rəqs proqramları, “Arşı mal alan” filminin nümayişi keçiriləcək.

Həmçinin Mədəniyyət Nazirliyi nümayəndələri və Albaniya hökuməti rəsmiləri arasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.